Şirkət haqqinda

 

KB  “Press–Avtomat” konstruktor bürosu özəl müəssisə olaraq, 1995-ci ildən başlayaraq  fəaliyyət  göstərir. Müəssisəmiz təzyiq altında işləyən mühəndis kommunikasiyaların və qurğuların layihələndirilməsi, quraşdırılması  və servisi ilə məşğuldur.
KB  “Press–Avtomat” müəssisəsinin  əsas fəaliyyət sahəsi istilik sistemləri və su təchizatı ilə bağlıdır. Müəssisəmiz aşağıda qeyd olunan işləri yüksək səviyyədə  və  müasir tələblərə uyğun yerinə yetirilir :
1. Texniki–iqtisadi  əsaslandırmalar (sifarişçinin imkan və tələblərinə uyğun) ;
2. Layihə işləri :
- qazanxanaların layihələndirilməsi (buxar və qızdırıcı qazanlar ilə işləyən) ;
- nasosxanaların layihələndirilməsi ;
- yaşayış komplekslərinin bina daxili və xarici mühəndis kommunikasiyalarının layihələndirilməsi ;
- təzyiq altında işləyən qeyri standart avandıqların və həcmlərin layihələndirilməsi.
3. Quraşdırma işləri :
- qazanxanaların quraşdırılması (qaz, mazut , solyarka  və elektrik işləyən buxar və ya su qızdırıcı qazanları) ;
- ventilyasiya  və kondisioner sistemləri avandıqlarının  quraşdırılması  ( çillerlər , kondisionerlər , fankoyllar və s. )
- nasosxanaların quraşdırılması (nasos stansiyaları, drenaj, fekal, quyu və s. nasoslar) ;  
- bina daxili istilik  sisteminin  (radiator , isti döşəmə) və su  sisteminin boru xətlərinin quraşdırılması ;  
- istilik şəbəkələrinin quraşdırılması ;
- qeyri standart avadanlıqların quraşdırılması ;
4. Avtomatik idarə olunan sistemlərin  buraxılış–sazlama  işləri.
5. Mövcud qazanxana və nasosxana sistemlərinin diaqnostikası (defekt aktlarının və smeta sənədlərinin  tərtibi ), rekonstruksiya  və təmir işlərinin yerinə yetirilməsi.
6. Qazanxana  və nasosxana avadanlıqlarının alınıb sifarişçiyə təhvili .
7. Fərdi isitmə  və isti su təchizatı sistemlərinin  (mənzil daxili) quraşdırılması.
8. Servis xidmətlərinin yerinə yetirilməsi .
9. Obyektin  Dövlətnəzarət orqanlarına təhvili .
 
KB  “Press-Avtomat“  konstruktor bürosunda layihə, quraşdırma, avtomatika və buraxılış–sazlama  işləri  yüksək səviyyəli mütəxəssislər tərəfindən həyata keçirilir . Müəssisəmizin mütəxəssisləri  bir sıra xarici şirkətlərin diplom  və sertifikatlarına layiq görülüblər.
03.08.2011