PARTNYORLARIMIZ

KB “Press–Avtomat“ həm də istilik texnikası üzrə qabaqcıl xarici şirkətlər ilə sıx əlaqələr yaradıb. Bu şirkətlərin arasında aşağıdakı şirkətlərin adını çəkmək olar: 
 
"Viessmann" (Almaniya)
 
Yüksək keyfiyyətli qazan istehsalına görə dünyanın  ən tanınmış şirkətlərdən biridir və 1998 –ci ildən biz bu şirkətlə sıx əməkdaşlıq edirik. KB “ Press – Avtomat “ şirkətinin istehsalı olan yüksək keyfiyyətli  qazanların  bazasında çoxlu sayda  qazanxana sistemləri  ( 24 – 10000 kvt  gücə kimi ) mövcuddur.
 
 
 
 
"Oilon" (Finlandiya)            
 
Müxtəlf  növ yanacaq ilə işləyən yüksək  keyfiyyətli odluqların istehsalına görə   (Oilon) dünyada liderlər sırasında gedir . KB “ Press- Avtomat “  Azərbaycanda “ Oilon “ şirkətinin yeganə servis  partnyorudur. Bakıda KB  “ Press - Avtomat “  tərəfindən quraşdırılmış  onlarla “ Oilon “ odluqları  aşağı  qaz təzyiqində ( 10 – 20 mbar ) maksimal faydalı iş əmsalı ilə işləyir.
 
 
                                    
"Calpeda" (İtaliya)
 
Elektronasos bazarında liderdir, əritmə zavodlarını birləşdirən sənaye qrupuna daxildir.  Quyu nasosları, hidro-massaj vannaları, duş kabin istehsal edən şirkətdir.  
 
   
 
 
 
"Danfoss" (Danimarka)                
 
“Danfoss” şirkətinin  istehsalı olan müxtəlif növ avtomatik  klapan və siyirtmələr, isitmə , soyutma, isti və soyuq su sistemlərinin idarə olunmasında geniş tətbiq olunur. Dünyada öz məhsullarının yüksək keyfiyyəti ilə tanınmış “Danfoss“ şirkəti Azərbaycanda ilk rəsmi əlaqələrini  KB “Press–Avtomat“ ilə  qurmuşdur. 
03.08.2011